LƏNKƏRANDA YERLİ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov ümummilli lider Heydər Əliyevin ölkəmizdə sahibkarlığın inkişafındakı xidmətlərindən danışmış, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi və özəl sektorun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulamış, Lənkəranda bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırmışdır.
Toplantıda rayonda yeni iş yerlərinin açılması, sahibkarlara kreditlərin verilməsi, bu sahədə mövcud nöqsanlar və onların aradan qaldırılması yolları barədə iş adamları ilə ətraflı fikir mübadiləsi aparılmışdır.