LƏNKƏRANDA YERLİ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov ümummilli lider Heydər Əliyevin ölkəmizdə sahibkarlığın inkişafındakı xidmətlərindən danışmış, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi və özəl sektorun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulamış, Lənkəranda bu sahədə əldə olunan nailiyyətləri xatırlatmışdır.
Görüşdə yeni iş yerlərinin açılması, sahibkarlara kreditlərin verilməsi, mövcud nöqsanların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılmışdır.