LƏNKƏRANIN İCRA BAŞÇISI RAYONUNSƏHİYYƏ İŞÇİLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Tibb işçilərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edən icra başçısı, səhiyyə ocaqlarında çalışanların problemləri və qayğıları ilə maraqlanmışdır.
Rayonun tibb müəssisələrində qızdırıcı sistemin olmaması, elektrik enerjisinin verilməsində olan fasilələr, xəstəxanaların əsaslı təmiri, sağlamlıq ocaqlarında sanitariya və gigiyena qaydalarının pozulması və xəstələrə göstərilən xidmətin səviyyəsi görüşün əsas müzakirə mövzusu olmuşdur.
İcra başçısı mərkəzi rayon xəstəxanasının şöbələrində mövcud şəraitlə və xəstələrə göstərilən tibbi xidmətin vəziyyəti ilə yaxından tanış olmuşdur.