Lənkəranlı şagirdlər üçün açıq havada sərgi-plener
Lənkəran, 23 iyun, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdləri üçün açıq havada sərgi-plener təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyirmi şagirdin iştirak etdiyi sərgi-plenerdə yağlı, akrilik və sulu boyalar vasitəsi ilə kətan, eləcə də, kağız üzərində mənzərələr əks olunub.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov gənc rəssamlara gələcək fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıb.