İDMAN
LƏNKƏRANLILAR BOKS ÜZRƏ RESPUBLİKATURNİRİNİN QALİBİ OLMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran Dövlət Universitetinin akt zalında 14-15 yaşlı boksçular arasında keçirilən Respublika turnirində lənkəranlı idmançılar uğurla çıxış edərək ümumi komanda hesabında birinci yerə sahib olmuşlar.
Respublikamızın 10 rayon komandası arasında keçirilən turnirdə ikinci yeri yardımlılı, üçüncü yeri isə cəlilabadlı boksçular tutmuşlar.
Qaliblərə turnirin medalları, diplomları və xatirə hədiyyələri təqdim edilmişdir.