Lerikdə torpaq sürüşməsi baş vermişdir
Lerik, 29 fevral (AZƏRTAC). Fevral ayında yağan qarın əriməsi Lerik rayonunda torpaq sürüşməsinə səbəb olmuşdur.
AZƏRTAC xəbər verir ki, ən çox Lənkəran-Lerik yolu boyu ərazilər sürüşməyə məruz qalmışdır. Torpaq sürüşməsi yolda sürücülərin işini xeyli çətinləşdirmişdir.
Lerik rayon 43 saylı yol istismar idarəsinin ağır texnikası hazırda yolun təmizlənməsi işlərini davam etdirir.
Rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirmişdir ki, Lerik şəhərində, Vizəzəmin, Molaland, Siyov, Hovil kəndlərində də torpaq sürüşmələri baş vermiş, vətəndaşların evlərinə ziyan dəymişdir. Həyətyanı sahələrdə də torpaq sürüşmələri qeydə alınmışdır.
Torpaq sürüşməsi ilə bağlı Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə və digər əlaqədar dövlət təşkilatlarına məlumat verilmişdir.
Mütəxəssislər torpaq sürüşməsi baş vermiş ərazilərə baxış keçirmişlər, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]