LERİKİN QOSMALYAN VƏ PİRƏSORA KƏNDLƏRİNDƏYENİ POÇT BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
“Azərpoçt” Dövlət Müəssisəsinin vəsaiti ilə inşa edilən poçt şöbələri yeni mebel və avadanlıqla təchiz edilmiş, burada əhaliyə 30 növdə poçt və rabitə xidməti göstərmək üçün hər cür şərait yaradılmışdır.
Yeni poçt şöbələrinin açılış mərasimində çıxış edənlər kənd əhalisinə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidentinə və “Azərpoçt”un rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Toplantıda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.