Leysan yağışlar Gürcüstanda ciddi fəsadlar törədib
Tbilisi, 10 may, AZƏRTAC
Gürcüstan ərazisində yağan güclü leysan yağışlar ciddi fəsadlar törədib. Leysan yağışlar nəticəsində Telavi rayonunda Stori çayı məcrasından çıxıb.
AZƏRTAC xəbər verir ki, daşqın nəticəsində Pşaveli-Abano-Omalo avtomobil yolu dağılıb. Telavi rayonunun Leçuri, Pşaveli, Laliskuri, Babaneuri və Arqoxi kəndləri su altında qalıb. Leçuridəvə Pşavelidə evlərin zirzəmiləri su altında qalıb, kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb.
Leysan yağışları Alazani, Çiçakvi çaylarının da daşmasına səbəb olub. Axmeti bələdiyyəsinin ərazisində evlərə və təsərrüfatlara ciddi ziyan vurub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi