Limasolda sambo üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi keçiriləcək
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 11-də Şimali Kiprin Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yeniyetmə idmançılar arasında ölkəmizi Sahib Babayev (48 kq), Elvin Bağırov (56 kq), Hacalı Qasımov (60 kq), Royal Rüstəmov (65 kq), Ağani Məmmədov (70 kq), Şöhrət Lətifzadə (75 kq), Ruslan Səfixanov (81 kq), Toğrul Salmanov (+87 kq) təmsil edəcəklər. Gənclərin mübarizəsində isə Mehman Mehdizadə (57 kq), Vilayət Bayramov (62 kq), Əhməd Rəhmanov (68 kq), Teymur Allahverdiyev (74 kq) güclərini sınayacaqlar.
Avropa birinciliyi aprelin 14-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]