Lisey və gimnaziyaların boş qalan yerlərinə III seçim mərhələsinə başlanılır
Bakı, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-dən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, III mərhələ lisey və gimnaziya seçimi sentyabrın 3-ü 12:00-da başa çatacaq. Boş qalan yerlər üçün “sy.edu.az/login” portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.
Qeyd edək ki, qəbul nəticələri açıqlandıqdan sonra sentyabrın 5-i saat 13:00-a kimi III mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbulu aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:09]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [17:36]