Azərbaycan Dövlət İnformasiya Agentliyi

Litva nəqliyyat və İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Litva nəqliyyat və İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Vilnüs, 29 iyun, AZƏRTAC

Litva nəqliyyat və İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkyaviçyus bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib. R.Sinkyaviçyus deyib: “Biz şəhər və kənd yerləri arasında rəqəmsal qeyri-bərabərliyin azaldılması üzrə elektron kommunikasiyalar sahəsində Avropa İttifaqında nümunəvi hesab edilən iri layihələrin reallaşdırılması təcrübəsini bundan sonra da bölüşməyə hazırıq”.

Nazir TASİM (Transavrasiya Yüksək Sürətli İnformasiya Magistralı) layihəsinin sürətləndirilməsində Litvanın maraqlı olduğunu bildirib. Azərbaycanın da fəal iştirak etdiyi bu layihənin məqsədi Qərbi Avropa və Şərqi Asiya ölkələrindən keçən transmilli lifli-optik xətt çəkilməsidir.

R.Sinkyaviçyusun fikrincə, Litvanın ictimai sektorda elektron xidmətlər yaradılması sahəsində təcrübəsi də Azərbaycan üçün maraqlı ola bilər. Nazir bildirib ki, Litva elektron ictimai-inzibati xidmətlər sahəsində tərəqqi baxımından Aİ ölkələri arasında liderlərdən biridir. Litvanın DocLogix şirkəti “Azərbaycan Respublikasında G-Cloud bazasında vahid elektron sənəd dövriyyəsi” layihəsinin reallaşdırılması çərçivəsində öz xidmətlərini təklif edir və əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəsləyir.

Nazir diqqətə çatdırıb ki, Litvanın İKT şirkətləri Azərbaycana maliyyə sektoru, energetika və elektron hökumət sahəsində müvafiq həllər, habelə gəmi agentlərindən və ekspeditorlardan başlamış, stividorlarına və Dövlət Dəniz Limanının müdiriyyətinə qədər dəniz limanının bütün iştirakçıları üçün həllər təklif edə bilərlər. Nazirin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlığın mümkün sahələrindən biri də strateji dövlət resursu olan radiotezliklərindən səmərəli istifadə edilməsidir.

R.Sinkyaviçyus deyib: “Qeyd etmək lazımdır ki, “Azərpoçt” MMC və “Lietuvos pastas” səhmdar cəmiyyəti SC/STEFİ sistemi vasitəsilə elektron pul köçürmələrinin təşkilində əməkdaşlıq edirlər. 2015-ci il aprelin 1-də iki ölkənin poçt təşkilatları arasında müvafiq müqavilə imzalanıb.

Nazir R.Sinkyaviçyus nəqliyyat, avtomobil dəhlizlərinin və aviaaxınların inkişafı sahəsində əməkdaşlıq məsələsinə də toxunaraq bildirib ki, ölkələrimiz yaxın gələcəkdə avtomobil daşımaları sahəsində hökumətlərarası müqavilə imzalamağı planlaşdırırlar. Nazir qeyd edib ki, yaxşı inkişaf etmiş nəqliyyat infrastrukturuna və logistika mərkəzləri şəbəkəsinə malik olan Litva Azərbaycan yüklərinin Avropa və Skandinaviya ölkələrinə təhlükəsiz, sürətli və ucuz daşınmasını təklif edə bilər. Sevindirici haldır ki, Azərbaycan ilə Litva arasında əmtəə dövriyyəsinin artması litvalı və azərbaycanlı avtodaşıyıcılar tərəfindən daşımaların həcminin artmasına gətirib çıxarır.

Nazir onu da diqqətə çatdırıb ki, Baltik dənizinin ən Şimal hissəsində donmayan liman olan Klaypeda limanı öz müasirliyi və səmərəli işləməsi sayəsində Azərbaycan yüklərinin Avropaya və Skandinaviya ölkələrinə təhlükəsiz, sürətli və qənaətlə daşınması üçün böyük imkanlar yarada bilər. Neft, həmçinin taxıl və digər kənd təsərrüfatı məhsullarının daşınması xüsusi maraq doğurur. Son beş ildə Klaypeda limanının infrastrukturuna sanballı sərmayələr qoyulması sayəsində limanda bu məhsulların boşaldılması və yenidən yüklənməsi imkanları xeyli artıb.

Litvalı nazir deyib: “Kombinə edilmiş “Vikinq” nəqliyyat layihəsinə Azərbaycan Dəmir Yollarının da qoşulması bizi çox sevindirir. Bu, Litva, Ukrayna və Belarus dəmir yollarını, Klaypeda, İliçevsk və Odessa stividor şirkətlərinin və limanlarının birgə layihəsidir. Ukrayna, Belarus və Litva ərazisindən keçən marşrut Baltik regionundakı bir sıra dəniz konteyner və kontreyler xətlərini Qara dənizin, Aralıq dənizinin və Xəzər dənizinin analoji sistemi ilə birləşdirir. Layihə daşımaların vahid tarif üzrə həyata keçirilməsinə imkan verir.

Litvadan aviasiya marşrutlarının genişləndirilməsində maraqlı olduğunu bildirən Rimantas Sinkyaviçyus Azərbaycan Respublikası ilə Litva Respublikası arasında birbaşa müntəzəm hava yolu açılmasını prioritet istiqamətlərdən biri adlandırıb.

Nazir Bakı-Tbilisi-Qars dəmir yolunun Litva üçün əhəmiyyətini də vurğulayaraq bildirib ki, bu xətt Çinin cənub yolunun mühüm hissəsi və Rusiya ərazisindən keçməklə malların daşınması üçün potensial alternativ variantlardan biridir.

2014-cü ilin payızında Azərbaycan paytaxtında olmuş litvalı nazir AZƏRTAC-a müsahibəsində Bakı haqqında təəssüratlarını bölüşüb. R.Sinkyaviçyus deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu - tarixi Böyük İpək Yolunun inkişafı üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində biz Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla hər iki dövlət üçün əhəmiyyətli olan bir sıra məsələləri müzakirə etdik. Bakıda məni çox yaxşı qəbul etdilər. Sizin gözəl, müasir şəhəriniz, səmimi və xeyirxah insanlar mənə çox xoş təsir bağışladı”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb