Litvada boş iş vakansiyalarının sayı 10 faizədək azalıb
Vilnüs, 24 fevral, AZƏRTAC
Ötən il Litvada muzdlu işçilər üçün boş iş vakansiyalarının sayı 16,6 min təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 9,5 faiz azdır.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Statistika Departamenti yayıb.
Bildirilib ki, il ərzində sənaye müəssisələrində, ticarət, otel və restoran biznesi şirkətlərində, nəqliyyat sektoru və anbar sənayesində boş iş yerlərin sayı azalıb.
Ötən ilin son rübündə ölkədə muzdlu işçilər üçün boş iş vakansiyalarının sayı 15,6 min təşkil edib ki, bu da üçüncü rüblə müqayisədə 14,9 faiz və daha əvvəlki ilə nisbətən 9,4 faiz azdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]