Liverpulda baş verən insident zamanı yaralananların sayı 79-a çatıb
London, 29 may, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı baş verən insident nəticəsində yaralananların sayı 79-a yüksəlib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzindəki” Water Street” küçəsində qeydə alınıb. İzdihamın içərisinə sürülən avtomobil onlarla insanın xəsarət almasına səbəb olub. Yaralılardan yeddisi hazırda xəstəxanadadır və onların vəziyyətinin sabit olduğu bildirilir.
Polis hadisə ilə bağlı istintaqı davam etdirir. 53 yaşlı sürücü artıq saxlanılıb və onu dindirmək üçün hüquq-mühafizə orqanlarına əlavə vaxt verilib. Şəxs qəsdən adam öldürməyə cəhd, təhlükəli sürücülük və narkotik maddələrin təsiri altında sükan arxasında olmaqda şübhəli bilinir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb
- 30.09.2026 [05:09]
“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]