LİVİYA MƏHKƏMƏSİ ƏCNƏBİ TİBB İŞÇİLƏRİNİ ÖLÜM CƏZASINA MƏHKUM ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Almaniya mətbuatına istinadla xəbər verir ki, Liviya məhkəməsi ölkədə uzun müddət fəaliyyət göstərən 7 əcnəbi tibb işçisini dəhşətli SPİD virusunu konservləşdirilmiş qanın tərkibində 400-dən artıq uşaq bədəninə iynə ilə yeridib qəsdən cinayət törətdiklərinə görə ölüm cəzasına məhkum etmişdir.
Cəzaya məhkum olunanlardan 6 nəfər - 1 həkim və 5 şəfqət bacısı Bolqarıstan,1 həkim isə Fələstin vətəndaşıdır.
Bolqarıstan hökuməti ittihamı şər və cəfəngiyat adlandırmış, Avropa Birliyi Komissiyası isə hələlik cinayət hadisəsindən narahat olduğunu bildirmişdir.
Liviya hökuməti dünya ictimaiyyətini cinayətə siyasi qiymət verməyə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]