Londonda karnaval öncəsi 100 nəfər saxlanılıb, onlarla silah və bıçaq ələ keçirilib
London, 22 avqust, AZƏRTAC
London polisi həftəsonu keçiriləcək “Notting Hill” karnavalı ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, polis əməkdaşları əməliyyatlar çərçivəsində 100 nəfəri saxlayıb. Həmçinin, 11 odlu silah və 40-dan çox bıçaq müsadirə edib. Polisin məlumatına görə, saxlanılan şəxslər arasında 21 nəfər yenidən həbsxanaya qaytarılıb, 266 nəfər isə şərti azadlıq və ya polis zəmanəti şərtlərinə əsasən tədbirdən uzaq durmaları barədə xəbərdar ediliblər.
Qeyd edək ki, ötən il keçirilən karnaval zamanı baş verən insidentdən sonra iki nəfər həyatını itirmişdi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]