Londonda metro işçiləri tətil ediblər
London, 7 sentyabr, AZƏRTAC
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində fəaliyyət göstərən metropolitendə beşgünlük tətil başlayıb.
AZƏRTAC xəbər verir ki, Dəmiryolu, Dənizçilik və Nəqliyyat İttifaqının üzvləri əməkhaqqı və yorğunluğun idarəolunması ilə bağlı tələblərini irəli sürərək, işdən imtina ediblər. Onlar həftəlik iş vaxtının 35 saatdan 32 saata endirilməsini də istəyiblər.
“Transport for London” qurumu əməkhaqların 3,4 faiz artırılmasını təklif etsə də, iş saatlarının azaldılmasının praktik və maliyyə baxımından mümkün olmadığını bildirib.
Beləliklə, London metrostansiyasında bu gün sərnişinlərə məhdud çərçivədə xidmət göstərilir. 8-11 sentyabr tarixlərində çox az xidmət olacaq və ya ümumiyyətlə xidmət göstərilməyəcək. Sentyabrın 12-də isə metro saat 8:00-da açılacaq.
Qeyd edək ki, London metropoliteninin işçiləri sonuncu dəfə 2023-cü ilin mart ayında tətil ediblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [13:02]
Almaniyadan könüllü geri qayıdanların sayı artıb
- 17.08.2026 [12:57]
İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur
- 17.08.2026 [12:22]
Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır
- 17.08.2026 [10:35]
Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub
- 17.08.2026 [06:02]
Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir
- 17.08.2026 [05:34]
Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib
Siyəzəndə restoran yanıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib
- 16.08.2026 [23:51]
Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır
- 16.08.2026 [23:29]
Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib
- 16.08.2026 [23:19]
İmişlidə şin partlayıb, usta xəsarət alıb
- 16.08.2026 [22:50]
Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib
- 16.08.2026 [21:54]
Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir
- 16.08.2026 [21:34]
"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib
- 16.08.2026 [20:56]
Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir
- 16.08.2026 [20:21]
Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub
- 16.08.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 16.08.2026 [20:00]
"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb
- 16.08.2026 [19:55]