Luis Hamilton: Ardıcıl dörd dubl bizim daxili gücümüzün ən yaxşı sübutudur
Bakı, 28 aprel, AZƏRTAC
“Mercedes” komandasının pilotu Luis Hamilton Bakıda finişə ikinci çatıb və çempionatda şəxsi hesabdakı liderliyini Valtteri Bottasa təhvil verib.
AZƏRTAC xəbər verir ki, Luis Hamilton deyib: “Valtterini təbrik edirəm, o yürüşü fantastik keçirdi, bir dəfə də olsun səhv etmədi və layiqli qələbə əldə etdi. Əslində, hər şey hələ təsnifat vaxtı həll olunmuşdu.
Bu, bizim komanda üçün bütün illər ərzində ən yaxşı startdır. O, ola bilər ki, hər bir əməkdaşın səyləri nəticəsində qazanılıb. “Mercedes”in mütəxəssisləri praktiki olaraq fasiləsiz rejimdə çalışırlar, hər il uğur qazanmaq cəhdləri daha da artır. Ardıcıl dörd dubl bizim daxili gücümüzün ən yaxşı sübutudur. Bu komandanın bir üzvü olduğum üçün taleyimə minnətdaram. Bu gün yürüş əla alındı, biz startdan finişədək hücum etdik. Mənim xoşuma gəldi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]