Macarıstan sərhədləri yenidən bağlayır
Budapeşt, 4 sentyabr, AZƏRTAC
Budapeşt koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiq olunmasını elan edib. AZƏRTAC xəbər verir ki, Baş Nazirin dəftərxana ofisinin rəhbəri Gergey Quyaş bunun “Avropada ikinci koronavirus dalğasının güclənməsi” ilə əlaqədar olduğunu söyləyib. Onun sözlərinə görə, hətta bugünkü COVID-19-a yoluxanların nisbətən yüksək rəqəmləri hələ o dərəcədə həyəcanverici sayıla bilməz, çünki epidemiya yayılmaqda davam edir. Koronavirus infeksiyası daha çox xaricdən yayılır və ən böyük risk onun iqtisadiyyat, iş yerləri və tədris ilinin başlanması üçün yaratdığı təhlükədir.
Gergey Quyaş bildirib ki, operativ qrup, həmçinin sərhəd keçidinə dair tövsiyələrini verib. Macarıstan pandemiyanın birinci dalğasında tətbiq olunmuş qaydalarına qayıdır. Bu aydan etibarən əcnəbilər Macarıstana yalnız “zəruri hallarda” daxil ola biləcək. Xaricdən gələn Macarıstan vətəndaşları üçün 14 günlük ev karantini və ya iki mənfi koronavirus testi məcburi olacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]