Macarıstandakı “Pakş” AES-də xəbərdarlıq tətili keçirilib
Budapeşt, 4 mart, AZƏRTAC
Macarıstandakı “Pakş” Atom Elektrik Stansiyasının mühafizə xidmətinin əməkdaşları onların rəsmən xüsusi firmanın tabeliyinə verilməsi barədə qərara etiraz əlaməti olaraq iki saatlıq xəbərdarlıq tətili keçiriblər.
AZƏRTAC stansiya əməkdaşlarının həmkarlar ittifaqının Macarıstan televiziyası ilə yayılmış bəyanatına istinadla xəbər verir ki, xidmətin 35 əməkdaşının hamısı tətildə iştirak edir. Bəyanatda bildirilir ki, qanunvericiliyə uyğun olaraq tətilin yenidən başlanıb-başlanmayacağı məsələsi bazar ertəsi gündüz müzakirə ediləcək.
AES-in idarə olunmasını həyata keçirən “MVM Paksi Atomerőmű Zrt” şirkəti tətil müddətində obyektin mühafizə olunması funksiyalarını öz üzərinə götürüb.
Həmkarlar ittifaqı əlavə güzəştlər haqqında razılıq əldə edilməyəcəyi təqdirdə çərşənbə axşamı İnnovasiyalar və Texnologiyalar Nazirliyinin qarşısında nümayiş keçirməyi, sonra isə tətilə yenidən başlamağı planlaşdırır. “MVM Paksi Atomerőmű Zrt” şirkəti isə həmkarlar ittifaqının tələblərini “son dərəcə ədalətsiz tələblər” adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]