Madriddə fermerlərin etiraz aksiyası keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
İspaniyalı fermerlər paytaxtı Madridin “Puerta de Alcala” meydanında etiraz aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiya “Union de Uniones” təşkilatı tərəfindən təşkil olunub. Ölkənin müxtəlif yerlərindən paytaxta 500-dən çox traktorla yürüş edilib. Eyni zamanda, İspaniyanın digər bölgələrində də fermerlərin etiraz aksiyaları baş tutub.
Kənd təsərrüfatı naziri Luis Planas Madriddəki nümayişlərə hörmətlə yanaşdığını və onun “dinc və heç bir zorakılıq olmadan” keçirilməsini arzuladığını bildirib.
Yerli fermerlər Avropa İttifaqının ekoloji tələblərinə, artan bürokratiyaya və üçüncü ölkələrdən kənd təsərrüfatı məhsullarının ölkəyə idxalına etiraz edirlər. Etiraz aksiyaları iki həftədir davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]