Madriddə sürücülər üçün yeni qaydalar tətbiq edilir
Madrid, 1 oktyabr, AZƏRTAC
Madriddə havanın çirkləndirilmə dərəcəsinin yüksək olması barədə protokolun tətbiq edilməsi ilə əlaqədar, ekoloji nəzarətdən keçməyi təsdiq edən nişanı olmayan avtomobillərin paytaxtda hərəkətinə icazə verilməyəcək.
AZƏRTAC xəbər verir ki, Madrid meriyası havada çirkli maddələrin miqdarı normadan yüksək olduqda görülməli tədbirlər barədə qaydalara dəyişiklikləri qəbul edib. Bu dəyişikliklər oktyabrın 8-dən qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, nömrə nişanlarının cüt və tək rəqəm olmasından istifadə edilməsi praktikası və ekoloji nişanlar sisteminə keçid ləğv edilir. Beləliklə, atmosfer havasında azot oksidinin miqdarı yüksək olduğu günlərdə 2000-ci ilə qədər buraxılmış, mühərriki benzinlə işləyən və 2006-cı ilə qədər buraxılmış, mühərrikli dizel yanacağı ilə işləyən köhnə avtomobillərin paytaxtda hərəkətinə icazə verilməyəcək. Bu məhdudiyyət 15 ildən çox istifadədə olan motosiklet və skuterlərə də şamil edilir.
Madriddə ekoloji nəzarətdən keçməyi təsdiq edən nişanı olmayan nəqliyyat vasitələrindən istifadə edilməsinə görə 90 avro cərimə tətbiq edilə bilər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]