CƏMİYYƏT
Mağazadan oğurluq etməyə cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 4 noyabr, AZƏRTAC
Nərimanov rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 3-də saat 14:00 radələrində Nərimanov rayonu ərazisindəki mağazaların birindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə gəlmiş rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən həmin mağazadan 1500 manat dəyərində 4 ədəd kompüter oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - R.İsmayılov və Z.Musayev saxlanılaraq 18-ci polis şöbəsinə təhvil veriliblər.
Faktla bağlı təhqiqat davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]