Magistratura səviyyəsində boş qalmış sahələrin adları açıqlanıb
Bakı, 24 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri təqdim edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı soyuducu, kompressor maşın və qurğuları, dəmiryol nəqliyyatı, mədən mühəndisliyi, kitabxanaçılıq, hava nəqliyyatı, silah sistemləri mühəndisliyi, xüsusi rabitə vasitələri mühəndisliyi, biotexnologiya sahələrinə aid 4, 8, 29, 45, 58, 61, 64, 66 saylı proqramlara ayrılmış plan yerlərinin 70 faizi və ya daha çoxu boş qalıb.
Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərinin sayından az idi.
Xatırladaq ki, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]