Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 24-ü saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olanların sənəd qəbulu prosesinə başlanılacaq.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alanın qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat avqustun 1-i saat 18:00-da yekunlaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:45]
Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib
- 05.06.2026 [15:32]
Dövlət orqanlarında 16 vəzifə üzrə daxili müsahibə elan olunub
- 05.06.2026 [15:02]
BDU-da kriminalistik genetika ilə bağlı elmi seminar təşkil edilib
- 05.06.2026 [14:55]
ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub
- 05.06.2026 [14:37]
Əməkdar müəllim Ənvər Abbasovun 75 illik yubileyi BSU-da qeyd olunub
- 05.06.2026 [13:50]