Makron yaxın həftələrdə Kiyevə səfər edəcək
Bakı, 11 mart, AZƏRTAC
Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Məlumata görə, bu qərar bazar günü Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra elan edilib.
Telefon danışığı zamanı iki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahələrində əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Daha əvvəl Fransanın həftəlik “Challenges” jurnalı Yelisey sarayındakı mənbəyə istinadən yazmışdı ki, Makron fevralın 13-14-də baş tutmalı olan Ukrayna səfərini təxirə salıb. Nəşrin məlumatına görə, Fransa liderinin administrasiyası səfərin təxirə salınmasını təhlükəsizlik səbəbi ilə izah edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]