MALAYZİYADA METEORİTDƏN MAŞIN HİSSƏLƏRİ İSTEHSAL OLUNACAQ
Bunu firmanın başçısı Cəəfər Camaludin Malayziyanın Pinanq ştatının Corctaun şəhərində keçirilmiş ilk beynəlxalq “İnteryer və stil-2006” sərgisində bildirmişdir.
O demişdir: “Bizim şirkət uzun illərdir ki, interyer əşyaları, şəxsi evlər və ofislər üçün bəzək əşyaları istehsal etmək məqsədi ilə meteorit alır. Dörd milyard yaşı olan nadir obyektlərdən maşın paneli və salonu düzəltmək ideyası bu yaxınlarda yaransa da, xarici avtomobil konsernlərindən biri əməkdaşlığa və məxsusi tüninq dəstlərinin istehsalına başlamağa hazır olduğunu bildirmişdir. Yarımkosmik maşının sükanı arxasında əyləşmək və əsil kosmik obyektlərə toxunmaq yalnız varlı adamlara qismət olacaq, çünki bu məhsullar limitlə buraxılacaqdır.”
İlk belə maşın yaxın illərdə bazara çıxarılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]