RƏSMİ XRONİKA
MALDİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏMUN ƏBDÜL QƏYYUMA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün Maldiv xalqını təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasındakı münasibətlərin inkişafı daim xalqlarımızın bir-birinə yaxınlaşmasına və əlaqələrimizin genişlənməsinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
16 iyul 2007-ci il.