Maliyyə bazarlarının tənzimlənməsi sahəsində Qazaxıstanın təcrübəsi müzakirə olunub
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumat Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Görüş zamanı maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar, həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində Qazaxıstanın təcrübəsi müzakirə olunub.
Görüş qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:52]
Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir
- 29.09.2026 [11:01]
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
- 29.09.2026 [10:46]
Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb
- 29.09.2026 [10:14]
Qızıl və gümüş ucuzlaşıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]