Azərbaycan Dövlət İnformasiya Agentliyi

MALİYYƏ NAZİRİ SAMİR ŞƏRİFOVUN ÇIXIŞI

Maliyyə naziri SAMİR ŞƏRİFOV ölkə iqtisadiyyatının sürətli inkişaf dinamikasını ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davamının məntiqi nəticəsi kimi qiymətləndirdi. Nazir dedi:

- 2007-ci ilin birinci yarımilliyi ərzində Azərbaycan iqtisadiyyatının inkişafı tariximizin son üç ilinə xas olan yüksək dinamizm və artım sürəti ilə davam etmişdir. Bu dövrdə ölkənin əsas makoiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2006-cı ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 10,6 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 20,6 faiz artmışdır.

2006-cı ilin eyni dövrü ilə müqayisədə cari ilin 6 ayında ölkədə adambaşına düşən ümumi daxili məhsul istehsalı 33,6 faiz artaraq 1265 manat və ya 1462 ABŞ dolları səviyyəsinə çatmışdır.

Əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi xəttin prioritet istiqamətini təşkil edir. Artıq bu sahədə hamı tərəfindən etiraf edilən irəliləyişlərə nail olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci yarısında orta aylıq əmək haqqı 26,4 faiz, əhalinin adambaşına düşən gəlirləri 37 faiz artmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövründəkindən 40,9 faiz çox olmuşdur. Bu rəqəmlər ölkə əhalisinin alıcılıq qabiliyyətinin yüksəlməsi meylinin güclənməsinin birbaşa göstəricisidir. Onu da qeyd etmək yerinə düşər ki, əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasiyanı 2,5 dəfə üstələyir.

Ölkə əhalisinin alıcılıq qabiliyyətinin yüksəlməsi vətəndaşların banklardakı əmanətlərinin məbləğinin ötən ilin eyni dövrü ilə müqayisədə 69,4 faiz artmasında, əhaliyə göstərilən pullu xidmətlərin həcminin 32,5 faiz artmasında da özünü büruzə vermişdir.

İqtisadi inkişaf sahəsindəki danılmaz uğurlarımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü, ümummilli liderimiz Heydər Əliyev ideyalarına söykənən yeni sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl surətdə həyata keçirildiyini nümayiş etdirir, ölkəmizin iqtisadi qüdrətinin sürətlə artmasını, Azərbaycan xalqının rifah halının yüksəlməsini, dövlətimizin müdafiə qabiliyyətinin, beynəlxalq aləmdə nüfuzunun getdikcə möhkəmləndirilməsini təmin edir.

Möhtərəm cənab Prezident!

Cari ilin may ayında dövlət və icmal büdcələrdə dəqiqləşdirilmə aparılmaqla bəzi dövlət xərclərinin tənzimlənməsinə, kənd təsərrüfatı məhsulları istehsalının səmərəsinin artırılmasına və həmin məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımı göstərilməsinə, bir sıra infrastrukturların yenidən qurulması və yeni infrastrukturların tikintisi ilə bağlı xərclərin maliyyə təminatının yaradılmasına, Dövlət Neft Fondunun vəsaiti hesabına Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi xərclərinin 2007-ci ilin icmal büdcəsində nəzərə alınmasına, habelə Dövlət Neft Şirkəti ilə Dövlət Neft Fondu arasında mənfəət nefti üzrə gəlirlərin bölüşdürülməsi ilə bağlı məsələlərin tənzimlənməsinə nail olunmuşdur.

Dəqiqləşdirilmə ilə 2007-ci il dövlət büdcəsi gəlirlərinin təsdiq olunmuş ilkin proqnoza nisbətən 8,2 faiz və yaxud 435,2 milyon manat artırılaraq 5 milyard 771 milyon manata çatdırılması, xərclərin ilkin proqnoza nisbətən 10,5 faiz və yaxud 600,2 milyon manat artırılaraq 6 milyard 315 milyon manata çatdırılması, büdcə kəsirinin 165 milyon manat artırılaraq onun 2006-cı ilin dövlət büdcəsinin icrası nəticəsində yaranmış büdcə artıqlığı və vahid xəzinə hesabında olan sərbəst qalıq hesabına örtülməsi təmin edilmişdir.

Dəqiqləşdirilmə ilə 2007-ci il icmal büdcənin gəlirləri 477,1 milyon manat və yaxud təsdiq olunmuş büdcəyə nisbətən 6,8 faiz artırılaraq 7 milyard 531 milyon manata, xərcləri 780,6 milyon manat və yaxud təsdiq edilmiş büdcəyə nisbətən 10,8 faiz artırılaraq 7 milyard 976 milyon manata çatdırılmışdır.

İyulun 1-nə dövlət büdcəsinin mədaxili 2 milyard 582 milyon manat və ya 100,5 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 35 milyon manat və ya 66,9 faiz çoxdur.

Mədaxil proqnozuna Vergilər Nazirliyi tərəfindən 100,8 faiz əməl edilməklə, 2006-cı ilin eyni dövrünə nisbətən 909 milyon manat və ya 88,5 faiz çox, Dövlət Gömrük Komitəsi tərəfindən 101,1 faiz və ya ötən ilin eyni dövrü ilə müqayisədə 117 milyon manat, yaxud 47 faiz çox əməl edilmişdir.

Dövlət Neft Fondundan büdcəyə proqnozda nəzərdə tutulduğu kimi, 224,5 milyon manat transfert köçürülmüşdür. Büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə büdcəyə 40,6 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,3 milyon manat çoxdur.

Dövlət büdcəsinin sərbəst qalığının Dövlət Neft Fonduna idarəetməyə verilməsi kimi müsbət təcrübə nəticəsində cari ilin altı ayında 11,9 milyon ABŞ dolları məbləğində gəlir əldə edilmişdir.

Möhtərəm cənab Prezident, cari ilin altı ayı ərzində dövlət büdcəsinin xərcləri 2 milyard 285 milyon manat və ya 82,9 faiz icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 842 milyon manat və ya 58,4 faiz çoxdur.

2006-cı ilin müvafiq dövrünə nisbətən bu ilin altı ayında büdcənin sənaye və tikinti xərcləri 2,3 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 2,2 dəfə, səhiyyə xərcləri 61,9 faiz, mədəniyyət xərcləri 51,1 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri 49,9 faiz, təhsil xərcləri 49,1 faiz, müdafiə xərcləri 35,3 faiz artımla icra edilmişdir.

Cari ilin birinci yarısında xərclərin 41,1 faizi və ya 940 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 362,8 milyon manat və ya 62,8 faiz çoxdur.

Cari ilin altı ayında iqtisadiyyatın bir çox sahələrində iri investisiya layihələrinin uğurla həyata keçirilməsi təmin edilmişdir. Belə ki, 2007-ci ilin altı ayında dövlət investisiya xərclərinə 674 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2006-cı ilin müvafiq dövrünə nisbətən 397 milyon manat və ya 2,4 dəfə çoxdur. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 125,8 milyon manat, o cümlədən ölkəmizin rayon mərkəzlərində müasir idman komplekslərinin tikintisinə, bir sıra idman komplekslərində əsaslı yenidənqurma işlərinin həyata keçirilməsinə 16,2 milyon manat, yeni məktəblərin, əlavə sinif otaqlarının və uşaq bağçalarının tikintisinə 58,9 milyon manat, o cümlədən Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident proqramının yerinə yetirilməsinə 20,8 milyon manat, yeni xəstəxanaların, ambulatoriyaların, təcili tibbi yardım stansiyalarının tikintisinə, əsaslı təmirinə və digər səhiyyə tədbirlərinə 10,6 milyon manat vəsait sərf edilmişdir.

Əsas kommunal və nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 291,2 milyon manat, o cümlədən modul tipli elektrik stansiyalarının tikintisinin başa çatdırılması və yeni elektrik stansiyasının tikintisi üçün 79,3 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası üçün 19,7 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol ötürücülərinin tikintisi üçün 114,5 milyon manat, Zaqatala və Lənkəran hava limanlarının yenidən qurulması üçün 15 milyon manat, Bakı Metropoliteninin “28 May” stansiyasının yenidən qurulması, “Şimal” istiqamətində yeni metro bağlantısının və stansiyaların tikintisinə və yeni metro vaqonlarının alınmasına 21,9 milyon manat vəsait yönəldilmişdir.

Dövlət investisiya xərclərindən Beynəlxalq Bankın nizamnamə kapitalının artırılması ilə bağlı dövlətə məxsus olan paya düşən yeni səhmlərinin dəyərinin ödənilməsi üçün 5,1 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 12,4 milyon manat vəsait sərf edilmişdir.

Samir Şərifov infrastruktur layihələrinin reallaşdırılması üçün 6 ayda Neft Fondundan və Prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin xərclənməsi, müxtəlif ölkələr və maliyyə qurumları ilə bağlanmış kredit sazişləri, 2008-ci ilin icmal büdcəsinin hazırlığı vəziyyəti barədə də məlumat verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb