“Mançester Yunayted” klubu yay transfer pəncərəsi üçün rekord məbləğdə büdcə ayırıb
Bakı, 9 aprel, AZƏRTAC
“Mançester Yunayted” futbol klubunun rəhbərliyi yay transfer pəncərəsi üçün 250 milyon avro məbləğində büdcə ayırıb.
AZƏRTAC İngiltərə KİV-lərinə istinadla xəbər verir ki, bu, klub tarixində rekord məbləğdir.
Baş məşqçi Ole Sulşer heyəti gücləndirmək üçün böyük məbləğdə büdcənin ayrılmasına dair klub rəhbərliyini razı sala bilib. Norveçli mütəxəssisin transfer siyahısında əsas hədəflər Rafael Varan (“Real Madrid”) və Kalidou Koulibalidir (“Napoli”).
Hazırda “qırmızı şeytanlar” 61 xalla İngiltərə Premyer Liqasında altıncı pillədə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]