Marko Rubio: Ər-Riyadda Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə edilməyib
Bakı, 21 fevral, AZƏRTAC
ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda keçirilən danışıqlarda Moskvaya qarşı sanksiyaların ləğvini və ya ərazi məsələlərini müzakirə etməyiblər.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bu barədə jurnalist Ketrin Herricə müsahibəsində deyib.
“Biz detallar, o cümlədən ərazi məsələləri üzrə danışıqlar aparmamışıq”, - deyə Marko Rubio bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında baş tutan danışıqlar Ukraynada sülh prosesinin perspektivlərinin müzakirəsinə həsr olunub.
Dövlət katibi Avropa İttifaqının Rusiyaya qarşı öz sanksiyalarının da olduğunu xatırladaraq deyib: “Biz bütün sanksiyaları aradan qaldırsaq, hərçənd bu məsələ müzakirə edilməyib, avropalılar da analoji addım atmalı olacaqlar. Bunun üçün nə vaxtsa onların hamısı ilə məsləhətləşmək lazım gələcək, lakin biz hələ o mərhələdə deyilik”.
Marko Rubio, həmçinin ukraynalıların Vaşinqtonun niyyətini bildiyini və Kiyevlə müntəzəm müzakirələrin aparıldığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]