Marqarita Mamzina: Azərbaycan gimnastlarını artistizm bacarıqları və xalçadakı nümunəvi çıxışları fərqləndirir
Bakı, 5 may, AZƏRTAC
Milli Gimnastika Arenası çox gözəldir. Deyərdim ki, bu, dünyanın ən möhtəşəm idman qurğusudur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təlim-məşq toplanışında olan ABŞ-ın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının baş məşqçisi Marqarita Mamzina deyib.
Arenada çoxlu sayda xalçanın olduğunu deyən baş məşqçi bildirib ki, burada gimnastikanı peşəkar səviyyədə inkişaf etdirmək üçün hər cür şərait mövcuddur. Azərbaycan gimnastlarını artistizm bacarıqları və xalçadakı nümunəvi çıxışları fərqləndirir. Onların çıxışlarını çox bəyənirəm.
“Bu, mənim Bakıya ilk səfərim deyil. Burada olmaq hər zaman xoşdur. Mən Çikaqoda yaşayıram. Orada hava sərt olur. Burada isə hava şəraiti mülayim və günəşlidir. Gəzmək üçün çox əlverişlidir. Bir sözlə, Bakı şəhərini xoşlayıram”, - deyə baş məşqçi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]