Mart ayının üçüncü ongünlüyündə havanın temperaturu yüksələcəkdir
Bakı, 29 fevral (AZƏRTAC). Mart ayında keçid dövrünə xas olan hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Nisbətən mülayim günlər soyuq atmosfer cəbhələrinin keçməsi ilə əlaqədar soyuq və yağıntılı günlərlə əvəz olunacaqdır. Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olacağı gözlənilir. Belə ki, ayın birinci yarısında temperaturun iqlim normasından bir qədər aşağı, bəzi günlərdə normaya yaxın, üçüncü ongünlükdə isə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır.
Aylıq yağıntının miqdarının iqlim normasından çox, bəzi yerlərdə isə normaya yaxın olacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 3-6° isti, birinci ongünlüyün bəzi gecələrində 0-2° isti, gündüz 7-12° isti, ayın ilk günlərində 2-5° isti, üçüncü ongünlüyün bəzi günlərində isə 18-23° isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 0-5° isti, birinci ongünlüyün bəzi gecələrində 1-6° şaxta təşkil edəcəkdir. Gündüz 8-13° isti, ayın ilk günlərində 3-6° isti, üçüncü ongünlüyün bəzi günlərində isə temperatur 20-25°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 22-44 mm) yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 2-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 0-3° şaxta, birinci ongünlüyün bəzi gecələrində 2-7° şaxta, üçüncü ongünlükdə 2-6° isti təşkil edəcək, gündüz 4-9° isti, ayın ilk günlərində 0-5° şaxta, üçüncü ongünlüyün bəzi günlərində isə temperatur 14-19°-dək yüksələcəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına (norma 42-52 mm) yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 1-5° isti, birinci ongünlüyün bəzi günlərində 0-3° şaxta təşkil edəcək, gündüz 6-11° isti, ayın ilk günlərində 2-5° isti, üçüncü ongünlüyün bəzi günlərində isə temperature 18-23°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 19-27 mm) yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 5-8° isti olacağı gözlənilir ki, bu da kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxındır.
Gecə 0-5° isti, birinci ongünlüyün bəzi gecələrində 1-6° şaxta təşkil edəcək, gündüz 6-11° isti, ayın ilk günlərində 1° şaxtadan 4°-dək isti, üçüncü ongünlüyün bəzi günlərində isə temperature 15-20°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 38-83 m) yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 8-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.
Gecə 3-7° isti, birinci ongünlüyün bəzi gecələrində 1° şaxtadan 2°-dək isti təşkil edəcək, gündüz 8-13° isti, ayın ilk günlərində 4-6° isti, üçüncü ongünlüyün bəzi günlərində isə temperatur 20-25°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 25-45 mm) yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 2-7° isti, birinci ongünlüyün bəzi gecələrində 0-5° şaxta təşkil edəcək, gündüz 8-12° isti, ayın ilk günlərində 4-6° isti, üçüncü ongünlüyün bəzi günlərində isə temperature 20-25°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 59-112 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.