MART SOYQIRIMI - TARİXİMİZİN QANLI SƏHİFƏLƏRİ
Ağsuda rayon ictimaiyyəti nümayəndələrinin ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının ildönümünə həsr olunmuş toplantısı keçirilmişdir. Toplantı iştirakçıları tarixi faktlara, arxiv sənədlərinə və canlı şahidlərin xatirələrinə əsaslanan məruzə və çıxışlarında o günlərin dəhşətli qırğınlarını əks etdirən faktları həyəcan, ürək ağrısı ilə dinləmişlər. Təkcə Şamaxı qəzasının 58 kəndini yandırıb külə döndərən ermənilər 40 min günahsız azərbaycanlını min bir vəhşiliklə öldürmüşlər. Ağsu, Kürdəmir, Göyçay və digər ərazilərdə törədilən qırğınlar erməni millətçilərinin 200 ildən bəri azərbaycanlılara qarşı yeritdikləri soyqırımı siyasətinin nəticəsidir.
Toplantıda belə bir fikir vurğulanmışdır ki, xalqımızın soyqırımı haqqında həqiqətləri real tarixi faktlara söykənən dəlillərlə müntəzəm surətdə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq bu gün təkcə tarixçilərin yox, həm də hər bir azərbaycanlının müqəddəs borcudur.
Toplantı iştirakçıları erməni soyqırımı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]