Martın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0°-yə yaxın, gündüz 1-4° isti, axşam 0-1° şaxta, Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti, axşam 0-1° şaxta olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,
Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 4-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-12° şaxta, gündüz 0-4° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax,
Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik,
Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-4° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.