Martın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava fasilələrlə yağıntılı olacaqdır. Sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-1° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Temperaturun gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında
arabir yağıntı olacağı, sulu qar, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava arabir yağıntılı olacaqdır. Qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Temperatur gecə 4-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-4° şaxta olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava arabir yağıntılı olacaqdır. Sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2° -dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava arabir yağıntılı olacaqdır. Sulu qar, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Temperaturun gecə 0-4° isti, gündüz 3-7° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.