Martın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
fasilələrlə yağıntılı olacaqdır. Sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-2° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa,Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər saatlarında duman olacaqdır.
Temperaturun gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında
havaların gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır. Temperatur gecə 0-5° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın yağıntılı olacağı, qar, sulu qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran, Astara rayonlarında
havanın arabir yağıntılı olacağı, qar, sulu qar yağacağı gözlənilir. Səhər dağlarda duman okacaqdır.
Temperaturun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-4°-dək isti olacağı gözlənilir.