Martın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacaqdır.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 758 millimetr civə sütununna enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2-7° isti, gündüz 12-15° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
əsasən gecə və səhər bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 5-10° isti, gündüz 14-19° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
əsasən səhər və axşam bəzi yerlərdə yağıntı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaqdır.
Temperatur gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən gecə və səhər bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Arabir duman olacaqdır.
Temperatur gecə 5-10 isti°, gündüz 15-20° isti, bəzi yerlərdə 23° -dək isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 6-11° isti, gündüz 10-15° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın üç gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, tez-tez güclü cənub-qərb və şimal-qərb küləklərinin bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.