Martın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava yağmursuz keçəcək, səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaqdır.
Temperaturun gecə 1-3° isti, gündüz 10-15° isti, Bakıda gecə 1-3° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-70, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa,
Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən, Gədəbəy rayonlarında
hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 7-12° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi,
Füzuli, Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,
Qusar rayonlarında
hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 0-2° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.