Martın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 5-8°, gündüz 11-16° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
səhər və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 13-18° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
havanın arabir yağıntılı, duman olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Arabir duman olacaqdır.
Temperaturun gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 6-9°, gündüz 13-18° isti, dağlarda gecə 1-5°, gündüz 8-13° isti təşkil edəcəkdir.
Xəbərdarlıq
Martın 23-dək ölkə ərazisində güclü küləkli hava şəraiti üstünlük təşkil edəcəkdir. Tez-tez cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaqdır.