Martın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
əsasən səhər və axşam havanın az yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2-4° isti, günün birinci yarısında 6° -dək isti, axşama doğru isə 2° -yə yaxın isti olacağı, Bakıda gecə 2-4° isti, günün birinci yarısında 6° -dək isti, axşama doğru isə 2° -yə yaxın isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 749 millimetr civə sütunundan 754 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy,Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 1-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ,İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşama doğru yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
gecə və səhər bəzi yerlərdə havanın çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.