Martın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin qeyri-sabit keçəcəyi, günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Bakıda və Abşeron yarımadasında martın 22-də axşamadək güclü küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olsa da, sonrakı iki gündə nisbətən mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 8° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Səhər və gündüz yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam intensiv olacağı ehtimalı vardır. Temperaturun gecə 3° şaxtadan 3°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 8-13° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz, Qusar rayonlarında
Arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti,
dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.