Martın 26-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-5°, gündüz 11-16° isti, Bakıda gecə 3-5°, gündüz 13-15° isti olacaqdır. Atmosfer təzyiqi 765 millimetr civə sütundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Hava əsasən yağmursuz olacaqdır.
Temperaturun gecə 2-7°, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin
olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Hava əsasən yağmursuz olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Havanın temperaturu gecə 4-9°, gündüz 10-15° isti,
dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10°, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz, səhər dağlarda duman olacaqdır.
Havanın temperaturu gecə 2-7°, gündüz 15-20°,
dağlarda gecə 2-5°, gündüz 10-15° isti olacağı gözlənilir.