Martın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaqdır.
Temperatur gecə 4-6°, gündüz 16-20°, bəzi yerlərdə 22° isti təşkil edəcəkdir.
Bakıda gecə 4-6°, gündüz 18-20° isti gözlənili5r.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütutunadək enəcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcəkdir.
Temperatur gecə 2° şaxtadan 3° -dək isti, gündüz 16-21° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcəkdir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, qərb küləyinin əsəcəyi gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 7-12° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz olacaq, qərb küləyi əsəcəkdir.
Temperatur gecə 0-3° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 7-12° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq, cənub-qərb küləyi əsəcəkdir.
Temperatur gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-3° isti, gündüz 10-15° isti təşkil edəcəkdir.