Martın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 5-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz keçəcəyi, gündüzdən başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, gündüzdən başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13°, bəzi yerlərdə 17°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18°, bəzi yerlərdə 21°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz, keçəcəyi, ayrı-ayrı yerlərdə duman, gündüzdən başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2-7° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18°, bəzi yerlərdə 21°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.