Martın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 4-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 2-6°, gündüz 12-17° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3-6°, gündüz 10-15° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaqdır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-9°, gündüz 11-16° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 4-7°, gündüz 10-15° isti, dağlarda gecə 0-4°, gündüz 5-8° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Martın 28-də Abşeron yarımadasında mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaqdır. Martın 29-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Martın 30-da isə atmosfer təzyiqinin təzadlı tərəddüdü, güclü xəzri küləyi, ötən günlə müqayisədə havanın temperaturunun qısa müddətdə kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.