Martın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
fasilələrlə havanın yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 0-2° isti, gündüz 3- 6° isti, Bakıda gecə 0-2° isti, gündüz3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 751 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək, nisbi rürubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3° -dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-1° şaxta olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 0-4° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Intensiv olacağı ehtimalı var.
Temperaturun gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 2-dən 4-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.