Martın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
martın 2-dən 3-nə keçən gecə bəzi yerlərdə az yağıntı olacağı, səhər kəsiləcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 1-3° isti, gündüz 5-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında
gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 0-4° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
havanın gecə və səhər yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 2-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.