Martın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava arabir yağıntılı olacaqdır. Bəzi yerlərdə sulu qar yağacağı, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 0-2° isti, gündüz 3-5° isti, Bakıda gecə 0-2° isti, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 70-80 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-4° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,
Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-4° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax,
Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gecə və səhər duman, çiskin olacağı, gündüz arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 1° şaxtadan 4° -dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik,
Yardımlı rayonlarında
gündüz havanın yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 0-3° isti, gündüz 4-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.