Martın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava az yağıntılı olacaqdır. Bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 0°-yə yaxın, gündüz 2-5° isti, Bakıda gecə 0°-yə, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 7-12° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
arabir qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Temperatur gecə 4-8° şaxta, gündüz 3° dərəcə şaxtadan 2°-dək isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-4° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax,Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3° -dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik,Yardımlı rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Temperaturun gecə 0-3° isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.